İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisinin "sükanı arxasında"kı oyun sayına görə Zinəddin Zidana çatıb.

Hər iki mütəxəssis "Kral klubu"nda baş məşqçi kimi 263 matç keçirib.

Mütləq rekord isə Migel Munyosa məxsusdur - 605 qarşılaşma.

Qeyd edək ki, 2013-2015-ci illərdə "Real"da işləyən Ançelotti 2021-ci ildə komandaya qayıdıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə bu vəzifəni yerinə yetirib.

.