
“Klyuçevaya sopka” vulkanı Kamçatkada baş vermiş güclü zəlzələdən sonra püskürməyə başlayıb.
Yenizaman Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən xəbər verir ki, Kamçatkada 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələdən sonra “Klyuçevaya sopka” vulkanı püskürüb.
“Hazırda “Klyuçevaya sopka” püskürür”, – deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda bildirilib və hadisəyə dair görüntülər də paylaşılıb.
Qeyd edək ki, “Klyuçevaya sopka” vulkanı Avrasiya ərazisində ən hündür aktiv vulkan hesab olunur. Vulkan Ust-Kamçatsk rayonunun Klüçi qəsəbəsindən 30 km aralıda yerləşir. Qəsəbədə təxminən 4 500 nəfər əhali yaşayır.
Xatırladaq ki, Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
.