Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də ikinci dəfə “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

DIM-dən verilən xəbərə görə, bu imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.

BNA: 46 məntəqədə 4 tərəfli piyada keçidləri qurulub
FHN-in idmançıları beynəlxalq turnirdə uğur qazanıblar - FOTO
Prokurorluq, müdafiə, DTX, sərhəd xidmətində çalışan şəxslərin qulluq illəri dövlət qulluğu stajına daxil ediləcək
1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;

2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

"Azərbaycan dili" (dövlət dili kimi) imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün 2020-ci ildə keçirilən imtahandan 50 və daha yuxarı bal toplayan əvvəlki ilin məzunları bu imtahandan azaddırlar.

Digər 3 kateqoriyaya aid olan abituriyentlər imtahana bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ni çap etməli və “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

.