Hindistanda istidən ölənlərin sayı 1100-i ötüb. Ölkənin bəzi rayonlarında havanın temperaturu 50 dərəcəyə yaxınlaşıb.
Ən çox insan ölümü cənub ştatları olan Telanqana və Andhra-Pradeşdə qeydə alınıb. Ötən həftədən indiyədək burada 1118 nəfər istidən həyatını itirib.
Ölkənin şərqindəki Qərbi Benqaliya və Orissada isə ən azı 24 nəfərin öldüyü bildirilir.
Sinoptiklər yaxın günlərdə bəzi rayonlarda temperaturun aşağı düşəcəyini proqnozlaşdırırlar.
Hindistan hökuməti vətəndaşlara məkanları tərk etməməyi məsləhət görür. (SalamNews)
.