İsrail aviasiyası İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına səkkiz zərbə endirib.

Bu barədə Suriyanın "Əl-İxbariyyə" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində aerodromun infrastrukturuna maddi ziyan dəyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

.