İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq. Rusiya mətbuatının yazdığına görə, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman açıqlama verib. O, bildirib ki, İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşmada ABŞ-ıa mövqelərinin üst-üstə düşməməsidir.
A.Liberman, İsrail və onun strateji müttəfiqi olan AŞB-la münasibətlərin zəyiflədiyini də sözlərinə əlavə edib və ABŞ-ın daxili iqtisadi problemlərinin olduğuna işarə edib.
Liberman, yeni müttəfiqlərin qarşısına qoyduqları şərtləri də bəyan edib: "Biz ərəb və islam dünyasından pul güdən ölkələrə müttəfiq olmaq istəmirik. Biz yeni müttəfiqlər axtarırıq" (ans press).
.