Cəlilabadda naməlum şəxs tərəfindən evə basqın edilib. Hadisə Cəlilabad şəhəri, Babək küçəsində qeydə alınıb. Belə ki, evdə yaşayan 24 yaşlı Zeynəb Eyvazovanın tək olmasından istifadə edən naməlum şəxs evə basqın etməzdən əvvəl elektrik naqillərini kəsərək sıradan çıxarıb. Zeynəb Eyvazova işıqların söndüyünü zənn etdiyindən sayğaca baxmaq üçün bayıra çıxıb. Bu zaman evin tavanında hərəkət edən naməlum şəxsin xəlvəti küçəyə tullandığını görüb. Səhərin açılmasını gözləyən Zeynəb Eyvazova işə getmək üçün evdən çıxarkən peyda olan naməlum şəxs əli ilə onun ağzını tutub və xəsarət yetirib.
Zərərçəkən Zeynəb Eyvazova naməlum şəxsin ona necə hücum etdiyini danışdı: "Tutdu məni çırpdı kafelin üstünə. Çırpdı məni yerə ağzımdan tutub boğur məni. Çığırıram ki, burax məni boğur deyirəm ki, çığırmayacam da burax məni nə istəyirsən məndən.”
.
