İŞİD silahlıları İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar. Bu barədə Ənbar vilayəti məclis üzvü Fərhan Muhamməd xəbər verib.O bildirib ki, İŞİD silahlıları nəzarət altında saxladıqları yerlərdəki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.
Uşaqların qaçırılması barədə xəbəri Diyala vilayəti polis idarəsi müdiri casim əs-Sadidi də təsdiqləyib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrin mərkəzinə atıla biləcəyindən ehtiyat etdiyini dilə gətirib..
