Özlərini İraq Şam İslam Dövləti (İŞİD) adlandıran və dövlət qurduqları nağılını danışan terrorçular, Mosul şəhərində daha bir məscidi partladıblar. Aljazeera-nin yaydığı məlumata görə, Mosul sakinləri hər gün məscidə gəlirmişlər. Bundan narahat olan İŞİD döyüşçüləri məscidi partladıblar. Məscidin Osmanlılar dövründə inşa edildiyi bildirilir. İŞİD bundan əlavə 3 min illik Nimrud şəhərini yer üzündən silməyə başlayıb.
.
