İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları onlara sədaqət andı içməkdən imtina edən jurnalisti edam ediblər.
"Press TV”-nin məlumatına əsasən, terrorçuların Mosul şəhərində öldürdükləri İraq telejurnalistikasının veteranı Firas əl – Bahridir.
"İslamçılar jurnalistdən terrorçulara sədaqət andı içməyi tələb edib, lakin o imtina edib və yaraqlılar onu öldürüblər”, - deyə Kürdüstan jurnalistlər birliyinin rəhbəri Əkrəm Süleyman bildirib.
Terrorçular əl-Bahrini üç həftəyə yaxın girovluqda saxlayıblar.
