ABŞ-ın hava hücumları nəticəsində İŞİD-in Mosul "mer”i öldürülüb.Müsavat.com-un məlumatına görə, bu barədə Kürdüstan Demokratik Partiyasının (KDP) Mosul nümayəndəsi İsmət Rəcəb açıqlama verib. İsmət Rəcəb bildirib ki, ABŞ hərbi təyyarələri "merin" avtomobil kortejini hədəfə alıb, hücum nəticəsində "mer” və mühafizəçiləri ölüb.
Təşkilatın əvvəlki "mer”lərinin də ya daxili mübarizədə, ya da hücumlar zamanı öldürüldüyü bildirilir..
