Onlar özlərini "Şok dəstə" adlandırırlar. Bu şəxslər "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının "İngemasiyyun" adlı xüsusi təyinatlı dəstəsinin üzvləridir.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, "Şok dəstə" İraq və Suriyada İŞİD-in hədəfə aldığı şəhərlərə girir, orada əsirlərə, girovlara və dinc əhaliyə xüsusi amansızlıqla divan tutur.
Bundan başqa, "İngemasiyyun" ən ağır, qanlı döyüşlərdə İŞİD-in ön sıralarında olur.
Dəstə üzvlərinin əksəriyyəti Avropa ölkələrindən İŞİD-ə qatılmış terrorçulardır. Onların arasında çeçenlər az deyil.
