"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın şimalındakı Mosul şəhərində yerləşən erməni kilsəsini yandırıb.
Bu barədə azvision.az "BasNews”-a istinadən xəbər verir.
Kürdüstan Demokratiya Partiyasının rəsmisi Səid Mamuzinin sözlərinə görə, İŞİD yaraqlıları ictimai binaları, evləri dağıdır, ziyarətgahları təhqir edir. Yaraqlılar Mosulun Vahda rayonunda erməni kilsəsini yandırıb.
Xatırladaq ki, ötən il iyun ayının əvvəlindən etibarən İraqda hökumət ilə İŞİD silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.  .