“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla iri ticarət mərkəzləri bu ayın sonuna qədər açılmayacaq. Amma açılsa belə iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti qadağan oluna bilər”, deyə TƏBİB sədri bildirib.

Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşlara qadağa yumşaldıla bilər

“Önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı karantin rejiminin yumşaldılması qərarı verilə bilər”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Bu, gündəmdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Bununla bağlı Operativ Qərargah qərar verəcək”, - o bildirib.

.