İrəvan şəhərində Leninqrad küçəsinin adı dəyişdirilərək məşhur amerikalı xeyriyyəçi və erməni əsilli Kirk Kerkoryanın şərəfinə verilib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Şəhər Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, bu qərar, küçənin Sovet dövrünün simvolu kimi qəbul edilməsinə görə qəbul edilib.

Kirk Kerkoryan isə “diaspor ermənilərinin dünyada tanınmış vətənpərvər xeyriyyəçisi kimi böyük hörmət qazanıb”.

Müxalif “Ana Ermənistan” fraksiyasının nümayəndəsi Samvel Akopyan bildirib ki, küçənin adı dəyişsə də, İrəvan sakinləri onu hələ də “Leninqradyan” (Leninqrad küçəsi) adlandırmağa davam edəcəklər.

.