İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ABŞ-ın iqtisadi təzyiqləri və yeni sanksiyalarının Vaşinqtonun gözlədiyi nəticəni verməyəcəyini bildirib.
Bu barədə Arif “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, son illərin təcrübəsi iqtisadi təzyiqlərin İran xalqının iradəsini dəyişdirə bilməyəcəyini və əks nəticəyə gətirib çıxaracağını göstərib. Arif əlavə edib ki, İran hökuməti ABŞ-ın iqtisadi təzyiqlərinin ölkənin iqtisadi sabitliyinə və vətəndaşların rifahına zərər vurmasına imkan verməyəcək.
.
