İran xarici işlər naziri Abbas Əraqçi və Misir xarici işlər naziri Bədr Əbdülati arasında telefon danışığı olub.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Bədr Əbdülətti və Abbas Əraqçi regiondakı mövcud vəziyyəti və gərginliyin azaldılması üçün zəmin hazırlanması, eləcə də diplomatik yola qayıdış istiqamətində görülən işləri nəzərdən keçiriblər. Tərəflər Oman ilə İran arasında aparılan danışıqları, həmçinin hərtərəfli və davamlı razılaşmanın əldə olunması məqsədilə ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun icrasını müzakirə ediblər.
Bədr Əbdülətti mövcud gərginliyin azaldılması və regionda təhlükəsizlik və sabitliyin bərpasına imkan verəcək dinc anlaşmaların əldə olunması üçün davam edən diplomatik səylərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Misirin xarici işlər naziri beynəlxalq gəmiçiliyin azadlığının təmin edilməsinin, Körfəzi ölkələrinin təhlükəsizliyinə və sabitliyinə hörmət göstərilməsinin, eləcə də region xalqlarının maraqlarının qorunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Abbas Əraqçi isə öz növbəsində regionda baş verən son hadisələr və danışıqlar prosesində qarşıya çıxan çətinliklərlə bağlı fikirlərini bölüşüb.
.
