Livanın paytaxtı Beyrut şəhərinə iki raket atılıb.

APA-nın "Reuters”ə istinadən xəbərinə görə, raketlərdən biri İranın diplomatik nümayəndəliyinə düşüb.

Bəzi mənbələr isə partlayışın raket zərbələri ilə deyil, minalanmış avtomobilin partladılması nəticəsində meydana gəldiyini bildiriblər.

Hadisə nəticəsində 7 nəfər həlak olub.

.