
Region və qonşu ölkələrlə qarşılıqlı əməkdaşlıq düzgün formada təşkil olunarsa, İran bütün ehtiyaclarını təmin edə bilər.
Bunu İran prezidenti Məsud Pezeşkian bu gün Tehranda iqtisadi birliklərin rəhbərləri ilə baş tutan iclasda deyib.
Onun sözlərinə görə, İranın ətrafında çoxlu sayda qonşu ölkə var və bu ölkələrdən hər birinin yüksək potensialı var.
Pezeşkian deyib ki, İran regional əməkdaşlıqla ehtiyaclarını təmin etməklə yanaşı, sanksiyaların mənfi təsirlərini azalda bilər.
İran prezidenti deyib ki, heç bir dil, etnik, dini mənsubiyyət fərqi qoymadan ölkənin problemlərinin aradan qaldırılması və inkişaf istiqamətində potensiallardan istifadə olunmalıdır.
Qeyd edək ki, İranın ətrafında su və quru sərhədləri ilə 15 qonşu ölkə yerləşir.
.