İran "Emirates Global Aluminium" şirkətinin Əbu-Dabidəki zavoduna zərbələr endirib.

Bu barədə "Emirates Global Aluminium" şirkəti məlumat yayıb.

Şirkət İranın raket və dron hücumları nəticəsində Əbu-Dabidəki Əl-Tavilah zavoduna ciddi ziyan dəydiyini bildirib.

Məlumata görə, hücum nəticəsində bir neçə işçi yaralanıb.

Qeyd edək ki, müəssisədə böyük bir alüminium əritmə zavodu və alüminium emalı kompleksi yerləşir.

.