Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb.
Bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Qaribaşvili xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur.
Qeyd edək ki, Qaribaşvili oktyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib. Bu yaxınlarda onun və digər keçmiş yüksək vəzifəli şəxslərin evlərində aparılmış axtarışlar zamanı 7 milyon dollardan çox pul, bahalı zinət əşyaları və qol saatları, rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektron avadanlıq müsadirə olunub.
.
