
“Tərəfdaşlarımızla birlikdə Fələstin xaqlının azadlığı və Yaxın Şərqdə müstəqil dövlətin yaradılması istiqamətindəki səyləri dəstəkləyirik”.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sufyan Qudah deyib.
O həm də bir sıra dövlətlərin bununla bağlı qərarını şərh edib: “Avstriya, Finlandiya, İslandiya, İrlandiya, Norveç, İspaniya, Portuqaliya, Fransa, Kanada, Lüksemburq, Sloveniya Malta, Yeni Zelandiya, San-Marino, Andorranın Fələstini müstəqil dövlət kimi tanıması Yaxın Şərq probleminin 4 iyun 1967-ci il sərhədləri daxilində, “iki dövlət” prinsipi əsasında həllinə beynəlxalq dəstəyin təzahürüdür”.
.