
İndoneziyanın Qərbi Sumatra əyalətinin Padanq-Pancanq şəhərində səhər saatlarında baş verən avtobus qəzası nəticəsində ən azı 12 nəfər həlak olub, beşdən çox insan yaralanıb.
Yenizaman “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı şəhər nəqliyyat departamentinin nümayəndəsi təsdiqləyib.
Bildirilib ki, Medan-Cakarta marşrutu ilə hərəkət edən avtobus əyləclərin işləməməsi səbəbindən idarəetmədən çıxaraq aşıb.
Avtobusda 25 sərnişin olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
.