İmişli rayonunda qətl hadisəsi baş verib. İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini Reyhan Səfərovanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
.
