"Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb”.
 
Bu barədə APA-ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.
 
O qeyd edib ki, hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək.
 
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
 
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
.