Moskvanın "Sadovod” bazarında yoxlamalar çərçivəsində 600-dən çox şəxs polis bölməsinə aparılıb
Rusiyanın paytaxtı Moskvanın "Sadovod" bazarında yoxlama tədbirləri çərçivəsində 600-dən çox şəxs polis bölməsinə aparılıb. Onların hamısının cinayət törədib-törətmədiyi aydınlaşdırılacaq.
Trend-in məlumatına görə, RİA Novosti-yə DİN-in paytaxt Baş İdarəsinin mətbuat xidmətindən bildirilib: "Sipər-2" əməliyyatı çərçivəsində "Sadovod" bazarında keçirilən operativ-profilaktik tədbirlər zamanı Moskva polisinin əməkdaşları 600-dən çox, qonşu ölkələrdən olan şəxslər DİN-in ərazi bölməsinə gətirilib".
Məlumata görə, onlar əvvəllər törədilən cinayətlərdə iştirakla bağlı yoxlanacaq və daktiloskopiyadan keçiriləcəklər: "Həmçinin əcnəbi vətəndaşların RF ərazisində olmalarının qanuniliyi müəyyən ediləcək".
.
