Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və ölümə suI-qəsddə ittiham olunan 1996-cı il təvəllüdlü Hacıbağır Bağırov, onun atası Ehtiram Bağırov və 1994-cü il təvəllüdlü Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarına əsasən, Hacıbağır Bağırov 18 il 6 ay, Rüstəm Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ehtiram Bağırov isə şərti cəza alıb.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə.Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.
.
