Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu gün axşam saatlarında Şirvan şəhərində, Heydər Əliyev prospektində "VAZ-21011" markalı, 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir (APA).
.