Şirvan şəhər sakinlərinin qətlində iştirak etmiş şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının aprdıqları birgə tədbirlərlə 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb.
Onun evinə baxış zamanı 6 ədəd tapança patronu da aşkar edilərək götürülüb.
