Polşada keçiriləcək III Avropa Oyunları dünyanın 50 ölkəsində canlı yayımlanacaq.

Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb. Danışıqlar davam etdiyi üçün sayın artacağı da gözlənilir.

Qeyd edək ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq. Yarışda 48 ölkədən 7000-dək idmançı iştirak edəcək.

.