"Metronun açılması məsələsi müzakirə olunur".
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yekun qərar olanda elan ediləcək: "Ola bilsin, gələn həftə nəsə qərar açıqlansın".
Qərargah: Toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır
"Bütün ölkə ərazisində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır. Çünki bu, kütləvilik təşkil edən məsələlərdəndir".
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, eləcə də əsgərlərin yaxınları ilə görüşü də əvvəlki qaydada qadağandır.
.
