Həftə sonu rejissor Ceyms Can və aktrisa Cennifer Holland yeddi illik yaxın münasbətlərdən sonra ailə qurublar.

Bu barədə kinematoqraf “Twitter” səhifəsində məlumat verib.

“Ən yaxşı dostum və həyatımın sevgisi ilə evlənmək mənə qismət oldu” - deyə rejissor yazıb.

O qeyd edib ki, mərasim Aspendə (Kolorado, ABŞ) “Dunbar Ranch”da keçirilib. Qanın sözlərinə görə, təntənəli nişan zamanı onların yanına bir sığın gəlib.

“Bu, Ceymsin atasıdır” deyə qonaqlardan biri səslənib.

Mərasimdə keşiş qismində onun qardaşı və həmkarı Şon Qan çıxış edib.

Toyda “Gardians of the Galaxy” və “Suicide Squad” filmlərinin aktyor heyəti də iştirak edib.

 

.