İran prezidenti Həsən Ruhani Amerika ilə yaxınlaşma siyasətindən sonra daha bir yeniliyə imza atıb. İslam Respublikasının prezidenti bu dəfə Roma Papası Fransisə müracit edib.
Həsən Ruhani Twitter sosial şəbəkəsi vasitəsilə Vatikan liderini sülhün təmin olunması üçün işbirliyinə çağırıb. "Bu gün İslam və Xristianlıq arasında həmişəkindən daha çox dialoqa ehtiyac var. Çünki qarşıdurmaların əsas səbəbi cəhalət və dinsizlikdir. İranla Vatikanın yoxsulluq və ədalətsizliyi məğlub etmək kimi ortaq hədəfi, terrorizm kimi düşməni vardır. Ümid edirəm ki, zorakılıq və radikalizmə qarşı dünya üçün birgə fəaliyyət göstərəcəyik.",-deyə İran prezidenti yazıb.
.