Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, H.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Həsənov pensiya kartı düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə etməkdə ittiham olunub. O, Gəncə şəhəri, Daşkəsən və digər rayon sakinlərindən 135 min manat məbləğində pul alıb. Daha sonra həmin şəxslər H.Həsənovun dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İş üzrə 22 nəfər zərəçəkmiş şəxs var.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

.