"Hazırda müqəddəs Ramazan ayıdır. İndi ən yaxşı seçim onlayn görüşüb, virusun yayılmasının qarşısını almaqdır".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O bildirib ki, həyat davam edir: "Lakin bir müddət fiziki məsafə saxlamaqla sevdiklərimizi qorumalıyıq. Qida təhlükəsizliyinə əməl etmək, fiziki aktivlik bu ayı daha sağlam yaşamağımıza səbəb olacaq. Sağlamlıq ən dəyərli sərvətdir. İmmunlaşdırma çox vacibdir, uşaqları peyvənd etdirməklə yoluxucu və ölümcül xəstəliklərdən qoruyuruq".
.
