HAMAS İsrailin Qətərə hücumundan sonra potensial razılaşma üçün şərtlərinin dəyişməyəcəyini bildirib.

Bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

“Bu cinayət danışıqlar prosesinə qarşı bir sui-qəsd idi. Biz ABŞ administrasiyasının bu cinayətdə iştirakı olduğunu təsdiqləyirik”, - HAMAS rəsmisi Fəvzi Barhum bildirib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohada HAMAS üzvlərinin olduğu binaya hava zərbəsi endirib.

.