
Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının (ƏL) Fövqəladə Zirvə görüşünə hazırlıq çərçivəsində sentyabrın 14-də Dohada keçiriləcək Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.
Türkiyə XİN-dən verilən məlumata görə, İƏT və ƏL-in Fövqəladə Zirvə toplantısına təqdim olunacaq qətnamə layihəsi xarici işlər nazirlərinin hazırlıq görüşündə müzakirə olunacaq.
Qeyd edək ki, dövlət başçıları səviyyəsində sentyabrın 15-də keçiriləcək zirvə görüşü sentyabrın 9-da İsrailin Dohaya hücumundan sonra Qətərin dəvəti, İƏT Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri Türkiyənin dəstəyi ilə baş tutacaq.
Bu tədbir İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya etdiyi hücumların ardınca keçirilməyə başlayan və daha sonra Livan, Suriya, Yəmən və İran kimi regional ölkələrə hücumları əhatə edəcək şəkildə genişlənən İƏT-AL Fövqəladə Birgə Zirvə toplantılarının üçüncüsü olacaq.
.