Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əş-Şibani, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və özbəkistanlı həmkarı Baxtiyor Saidov və Çinin xarici işlər naziri Van İ ilə telefon danışığı aparıb.

" "TRT Haber" xəbər verir ki, tərəflər əsasən bölgədəki son prosesləri müzakirə edib.

Regiondakı müharibənin ən qısa zamanda başa çatdırılmasının vacibliyi vurğulanıb və bu istiqamətdə aparılan işlər qiymətləndirilib.

Kommunikasiya xətlərinin, enerji təchizatının və tədarük zəncirlərinin fasiləsiz işləməsinin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

.