Mərhum xalq artisti Habil Əliyevin dünyasının dəyişməsindən 1 il ötür.
Habil Əliyev mayın 28-də 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
H.Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən ifa edilir.
Kamança ifaçısı səhhətində yaranan problemlərə görə ötən ilin avqustunda ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, səhhəti normallaşdıqdan sonra müayinəsini evdə davam etdirmişdi. Xalq artisti daha sonra yenidən komaya düşüb və sentyabrın 8-də vəfat edib.

