Gümrü meriyası qarşısında keçirilən etiraz aksiyasından sonra 41 nəfər barəsində cinayət işi açılıb.
Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.
Onlardan 24-ü həbs edilib, 15-i ev dustaqlığına buraxılıb, 1-i isə inzibati nəzarətə götürülüb.
Cinayət işi üzrə təqsirləndirilənlərdən ikisi yetkinlik yaşına çatmayan şəxslərdir. Onlardan biri istintaq təcridxanasında, digəri ev dustaqlığındadır.
.
