Goranboy Rayon Mərkəzi Xəstəxanası sevgilisi tərəfindən ölümcül döyülən qadının səhhəti ilə bağlı açıqlama verib.
Xəstəxananın həkimi Mehman Əşrəfov AzNews.az -a açıqlamasında bildirib ki, hazırda Almaz Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir:
"Almaz əri tərəfindən dəmir çubuqla döyülüb. Ağır bədən xəsarətləri var. Bədənin böyük əksəriyyəti zərbələrdən əzilib. Başına, döş qəfəsindən ağır zərbələr alıb.”
M.Əşrəfov hadisənin bəzi təfərrüatlarını da açıqlayıb:
"Məzahir Almaz Fərzəliyevanı qısqanıb. Ər gizlincə yataq otağına telefon qoyub. O biri otaqdan sevgilsini dinləyib. Guya telefonda kənar səslər eşidib. Buna görə də, ərlə arvad arasında münaqişə yaşanıb”.
Həkim qeyd edib ki, Almaz Əhmədova Məzahir Fərzəliyevin qeyri-rəsmi birgə yaşadığı qadındır. Bundan əvvəl Məzahir Fərzəliyev 2 dəfə evil olub.
