Bu gün II Qarabağ müharibəsi zamanı şəhid olan Quluyev Akşinin anadan olduğu gündür. Bu münasibətlə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin məzarını ziyarət edib.

Newscenter.az-a daxil olan xəbərə görə, burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi Quluyev Akşin də torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edərək şəhidlik zirvəsinə ucalıb.

Deputatın köməkçisi və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları daha sonra şəhidin evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları, problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin.

.