Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər 1 saylı uşaq bağçası-körpələr evində aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yerində tanış oldular.

Siyasi.az xəbər verir ki,  bağça müasir avadanlıqlar, elektrik, təbii qaz və su təhcizatı ilə təmin edilmş, burada uşaqların əyləncəsi üçün istirahət güşəsi yaradılmış, həmçinin bağçanın adını daşıyan şəhid Quliyev Şəmil Əli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Xatirə bulağı inşa edilmişdir.

Onu da qeyd edək ki, bağça Heydər Əliyev Fondunun dəstəyi ilə tikilir.

.