Bu gecə Gəncədə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərinin Gülüstan yaşayış massivində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti yataqxanası ərazisində olan məhəllə evlərinin birində 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı bıçaqlayıb. Qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni araşdırarkən məlum olub ki, cinayət qısqanclıq səbəbindən baş verib. Natiq Bayramov uzun müddət həyat yoldaşının mobil telefonuna tanımadığı nömrədən SMS-lərin gəldiyini bilib. Natiq Bayramıv məsələni aydınlaşdırmaq istəyib. Həmin nömrəni bir neçə dəfə yığsa da, zəngə cavab verən olmayıb. Həyat yoldaşı ilə məsələni aydınlaşdırmaq istəyəndə isə mübahisə yaranıb. Bu zaman Natiq Bayramov əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb. Faktla bağlı Gəncə şəhər prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
.
