Kəpəz TV-nin verdiyi məlumata görə, Gəncədə dəhşətli cinayət törədilib. Belə ki, ana və qızı naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Hüququ mühafizə idarəsindən bildirilib ki, şəhərin Atatürk prospekti, bina 265, mənzil 30 ünvanının qarşısında 33 yaşlı Şəmsiyyənur Mehdiyevaya 20, onun anası 58 yaşlı Kəmalə Mehdiyevaya isə 5 bıçaq zərbəsi endirilib.
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Ağır bədən xəsarəti alan gənc qadın cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya, anası isə travmatologiya şöbəsinə yerləşdirlib.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsi araşdırmaya başlayıb, faktla bağlı işi qaldırılıb.
.