Məktəbəqədər təhsil müəssisələrində (bağça) fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün oktyabrın 25-də diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.

Bu barədə  Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanların keçiriləcəyi məkan barədə məlumatlar iştirakçılara göndərilib.

.