Fransalı forvard Kilian Mbappe Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Yenizaman İdman.biz-ə istinadən xəbər verir ki, bu bərədə İspaniyanın “AS” nəşri yazıb.

Bildirilib ki, Mbappe ilə razılığa gələn “Real” ona belə şərt qoyub. Bu, müqavilədə də öz əksini tapıb.

 

Artıq “Kral klubu”nun bu barədə Fransa Futbol Federasiyasına da məlumat verdiyi, bu qadağanın klubun bütün fransalı futbolçularına aid olduğu da bildirilib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-ə qədər keçiriləcək.

.