Fin körfəzində Kalininqrada doğru hərəkət edən Rusiya yük gəmisinə iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

APA xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Onun sözlərinə görə, hücum beynəlxalq sularda, Rusiyanın dəniz sərhədindən üç dəniz mili məsafədə baş verib.

Hadisənin digər təfərrüatları, gəminin adı və hücum nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.

.