Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 166 min 36 nəfərə çatıb. 
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində 173 nəfər yeni növ koronavirusa yoluxub. 
Sutka ərzində koronavirusa yoluxanlardan 5 nəfər ölüb və bununla da Ermənistanda COVİD-19-dan ölənlərin sayı 3 min 39 nəfərə çatıb. 
Sorn 24 saatda koronavirusa yoluxan, ancaq  digər səbəblərdən ölənlərin sayı isə 4 nəfər ölüb. Bununla da koronavirusa yoluxan, ancaq  digər səbəblərdən ölənlərin sayı 751 nəfərə çatıb. 

.