Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi neftin qiyməti ilə bağlı maraqlı açıqlama verib.
Virtualaz.org saytı xəbər verir ki, ərəb nazir CNBC-yə açıqlamasında neftin qiymətinin son zamanlar tez-tez dəyişməsindən danışıb.
Nazir neftin qiymətinin dəyişməsini belə şərh edib: "Heç kim neft qiymətlərini təyin edə bilməz. Neft qiymətlərinin qədəri Allahın əlindədir. Sanksiyaların qaldırılması ilə İranın yenidən bazara daxil olmasından narahat deyiləm. İrana qarşı sanksiyaların qaldırılması və İranın yenidən neft bazarına daxil olması qiymətləri daha da aşağı salacaq”.
Nazir həmçinin İranın neft istehsalını artıracağından da narazı olmadığını deyib.

.